RU

Hikmət Hacıyev BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi ilə görüşüb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç Azərbaycan Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüb.

XQ xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandaki nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan və BMT arasında uzunmüddətli tərəfdaşlığın perspektivləri, xüsusilə 2026-2030-cu illər üzrə yeni Əməkdaşlıq Çərçivə sənədi ətrafında geniş fikir mübadiləsi aparılıb.

İqor Qarafuliç BMT-nin ölkədəki bütün struktur bölmələrinin Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması və milli prioritetlərin dəstəklənməsi üçün tam səfərbər olduğunu vurğulayıb.

Избранный
31
13
xalqqazeti.az

10Источники