AZ

Hikmət Hacıyev Türkmənistan səfiri ilə strateji əməkdaşlığı müzakirə edib

Türkmənistanın Azərbaycandakı səfiri Qurbanmammet Elyasov Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

APA bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, tərəflər ikitərəfli əməkdaşlıqda maraq doğuran məsələləri müzakirə ediblər və 2025-ci ilin nəticələri barədə fikir mübadiləsi aparıblar.

Bildirilib ki, Azərbaycan və Türkmənistan liderlərinin təşəbbüsləri nəticəsində iki ölkə arasında strateji əlaqələr qardaşlıq ruhunda inkişaf edir.

Görüş zamanı 2026-cı ildə Azərbaycan və Türkmənistanda keçiriləcək tədbirlər, beynəlxalq forumlar, görüşlər və digər mövzular haqqında da danışılıb.

2026-cı ilin payızında keçiriləcək Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün əhəmiyyəti xüsusi vurğulanıb və Azəbaycanın bu formatda iştirakının regional əməkdaşlıq və dialoqa mühüm töhfə verəcəyi qeyd olunub.

Seçilən
58
50
apa.az

10Mənbələr