RU

Çin İngiltərəyə viza güzəşti etdi

Çin COVID-19 pandemiyasının ardından 2023-cü ildə başladığı tək tərəfli viza azadlığı proqramına Böyük Britaniyanı da daxil edəcəyini açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniya hökumətinin verdiyi məlumata görə, Baş nazir Keir Starmer-in Çin ziyarəti zamanı tərəflər arasında viza azadlığı müqaviləsi imzalanıb.

Bu razılaşmaya əsasən, britaniyalı vətəndaşlar Çinə 30 gündən çox olmamaq şərti ilə vizasız səfər edə biləcəklər.

Baş nazir Starmer bu məsələyə dair açıqlamasında, britaniya şirkətlərinin dünyanın ən mühüm iqtisadi güc mərkəzlərindən olan Çində mövcud olma yollarını axtardığını qeyd edib və qısa müddətli səfərlər üçün viza azadlığının onlara ölkə xaricindəki işlərini genişləndirərkən daxildə böyümək və məşğulluğu gücləndirmək imkanı verəcəyini vurğulayıb.

COVID-19 pandemiyası ilə dayandırılmış xarici səfərləri və turizmi bərpa etməyə çalışan Çin, fərqli ölkələrlə viza azadlığı razılaşmaları bağlayaraq səfərləri təşviq etmək məqsədilə addımlar atmışdı.

Pekin rəhbərliyi, 2023-cü ilin dekabrında 6 ölkə ilə başlayan və 15 günlə məhdudlaşan viza azadlığı proqramının müddətini 30 günə uzadaraq, bu proqramı 47 ölkəyə yaymış, 55 ölkənin vətəndaşlarına isə 10 günə qədər vizesiz keçid imkanı təqdim etmişdi.

Избранный
91
50
manset.az

10Источники