RU

“Mançester Siti” ötən il transferlərə ən çox pul xərcləyən klub olub

Bakı, 30 yanvar, AZƏRTAC

Ötən il dünyada transferlərə ən çox pul xərcləyən futbol klubları bəlli olub.

AZƏRTAC xəbər verir ki, FIFA-nın hesabatına əsasən, İngiltərə Premyer Liqası klubları siyahıda üstünlük təşkil edib.

İlk üçlükdə “Mançester Siti”, “Liverpul” və “Çelsi” yer alıb. Almaniya Bundesliqasından “Bayer” və “Leypsiq” komandaları isə növbəti pillələrdə qərarlaşıblar. Premyer Liqaya yeni yüksələn “Sanderlend” altıncı, “Vulverhempton” isə yeddinci yeri tutub. İlk “onluğ”u "Tottenhem", "Arsenal" və "Nottingem Forest" tamamlayıblar.

Hesabata görə, futbol klubları transfer xərclərini ötən illə müqayisədə 50 faizdən çox artırıblar.

Qeyd edilir ki, İngiltərə klubları 2025-ci ildə oyunçu alışı üçün 3,82 milyard dollar xərcləyib və eyni zamanda bu keçidlərdən 1,77 milyard dollar gəlir əldə ediblər. Almaniya və İtaliya komandaları da xərc baxımından bir milyard dollarlıq həddi keçiblər.

Qadın futbolunda da rekord məbləğlər müşahidə olunub. 2025-ci ildə beynəlxalq transferlər üçün ümumi xərclər 28,6 milyon dollar olub ki, bu da əvvəlki ilə nisbətən 80 faizdən çox artım deməkdir.

Избранный
54
13
azertag.az

10Источники