FİFA kişilər futbolunda beynəlxalq transferlər üzrə 2025-ci il hesabatını dərc edib.
Azreform.info -ın təşkilatın rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan transferlərin sayını və maliyyə dövriyyəsini əks etdirən hesabatda 58-ci yerdədir.
Ötən il ölkəmizə 162 oyunçu, xarici klublara isə 95 oyunçu transfer olunub. Azərbaycan klubları transferlərə 4,96 milyon dollar xərcləyib və satış gəliri 9,53 milyon dollar olub.
Azərbaycana gələn oyunçuların sayında 45,9% artım olsa da, ölkə xaricinə transferlər 41,8% azalıb.