RU

Azərbaycan "Premium Euro-95" markalı benzin idxalını artırıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 109 milyon 939,27 min ABŞ dolları dəyərində 128 min 437,73 ton "Premium Euro-95" markalı benzin idxal edib.

“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanacaq idxalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə kəmiyyət baxımından 1,7 dəfə, dəyər ifadəsində isə 52,8 % artıb.

İdxalın strukturunda 63 milyon 918,19 min ABŞ dolları (+4,4 dəfə) dəyərində 74 min 624,16 ton (+4,8 dəfə) benzin və ya bütün tədarükün 58,1 %-i Rusiyanın payına düşüb.

TOP-3 təchizatçı ölkələr sırasında həmçinin Birləşmiş Ərəb Əmirlikləri - 18 milyon 474,02 min ABŞ dolları dəyərində 21 min 190,61 ton, Rumıniya - 11 milyon 443,2 min ABŞ dolları dəyərində 13 min 367,73 ton ilə yer alıb.

Tədarükün qalan həcmi aşağıdakı ölkələrin payına düşüb: Belarus - 9 milyon 883,38 min ABŞ dolları dəyərində 12 min 52,5 ton, Bolqarıstan - 2 milyon 993,41 min ABŞ dolları dəyərində 3 min 457,7 ton, Gürcüstan - 1 milyon 224,25 min ABŞ dolları dəyərində 1 min 499,08 ton və Yunanıstan - 2 milyon 2,82 min ABŞ dolları dəyərində 2 min 245,95 ton.

Yunanıstandan idxal noyabr ayında başlayıb.

Избранный
88
50
ikisahil.az

10Источники