illə (1,006 milyard ABŞ dolları) ilə müqayisədə 105,9 milyon ABŞ dolları və yaxud 10,52 % artaraq 1,112 milyard ABŞ dolları təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi xəbər verir ki, qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısına 33,62 % payla Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi liderlik edib.
Dövlət şirkətlərinin ixrac həcminə görə reytinqi:
Şirkət | 2025-ci ildə ixracın həcmi (milyon ABŞ dollar ilə) | 2024-cü ildə ixracın həcmi (milyon ABŞ dollar ilə) | Faiz fərqi |
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi | 373,9 | 409,8 | -8,76 % |
"SOCAR Polymer" MMC | 255,6 | 237,6 | 7,58 % |
"AzerGold" QSC | 225,7 | 167,1 | 35,07 % |
"Azəralüminium" MMC | 151,1 | 135,4 | 11,6 % |
SOCAR-ın Qaz İxrac İdarəsi | 61,7 | 0 | - |
"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC | 38,9 | 56,1 | -30,66 % |
"SOCAR-Dalğıc" MMC | 1,9 | 0 | - |
"İstisu Mineral Su Zavodu" MMC | 1,7 | 0 | - |
"Azərbaycan Dəmir Yolları" QSC | 1,5 | 0,268 | 459,7 % |
"SOCAR-Cape" MMC | 0,731 | 0,56 | 30,54 % |
Hesabat dövründə Azərbaycanın qeyri-neft ixracı 8,1 % artaraq 3,6 milyard ABŞ dollarına çatıb.