RU

Avropanın boz siyahı sına düşmək Rusiyanın ticarət əlaqələrinə bir sıra ciddi problemlər yaradacaq

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Avropa İttifaqı maliyyə təzyiqini artırmaq səylərinin bir hissəsi olaraq, Rusiyanı çirkli pulların yuyulması ilə mübarizədə strateji çatışmazlıqları olan ölkələrin "boz siyahı"sına əlavə etməyi düşünür. Təşəbbüs Avropa Parlamentində "böyük dəstək" qazanıb. "Boz siyahı"ya daxil edilmə, milli çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə deməkdir.

Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa İttifaqı Rusiyanın çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi riski yüksək olan ölkələrin siyahısına əlavə edib. Politoloqun fikrincə, bunun baş verməsi Rusiya üçün normal ticarət əlaqələrinə bir sıra ciddi problemlər yaradır, onların maliyyə əməliyyatlarına nəzarətin artırılmasını şərtləndirir.

Əli Mustafa

Əli Musatafnın fikrincə, Rusiyanın uzun müddət belə çirkli pulların yuyulması riski olan ölkələrin siyahısına salınmasına dair müzakirələr olurdu, amma indi Ukrayna ilə savaş apardığı bir dönəmdə Avropa üçün daha aktualdır: “Bu məsələlərlə bağlı maliyyə fəaliyyəti üzrə işçi qrup var. O qrup müəyyənləşdirir ki, hansı ölkələr çirkli pulların yuyulması riski yüksək olan ölkələrdir. Onlar vaxtaşırı orada dövlətləri də dəyişirlər. Bəzi dövlətlər ora əlavə edilir, bəziləri oradan çıxarılır. Məsələn; Birləşmiş Ərəb Əmirliyinin oradan çıxarılmasına dair qərarları var. Amma bəzi ölkələrin də həmin siyahıya salınması həyata keçirilib. İndi Rusiya da bu dövlətlərin siyahısına düşüb. Əslində ikinci, üçüncü, beşinci dərəcəli dövlətlər bir qayda olaraq həmin siyahıya salınır. Bəzi Avropa ölkələri də var bu siyahıda var. Məsələn; Bolqarıstan ikinci belə bir ölkədir. Eyni zamanda, Şimali Koreya və İran da həmin siyahıdadır”.

Politoloq bildirib ki, bu siyahıya düşmək dövlətin imicini korlayır və beynəlxalq ticarət əlaqələrinə ciddi problemlər yaradır, onların maliyyə əməliyyatlarına nəzarət etmək zərurəti yaradır: “Avropa İttifaqının Rusiyaya qarşı belə bir addım atması Rusiya-Ukrayna savaşı üzərindən baş verir”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
48
7
icma.az

10Источники