RU

Şükürbəyli kəndində qaz təchizatı işlərinə başlanılır - 3,5 milyon manatlıq LAYİHƏ

Cəbrayıl rayonunun Şükürbəyli kəndində evlərin qaz təchizatı ilə təmin olunması üzrə işlərə başlanılır.

Trend-in dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, görüləcək işlər çərçivəsində Şükürbəyli kəndinin 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) yaşayış məntəqəsində sahədaxili və evlərin qaz təchizatı ilə təminatı işləri aparılacaq.

Belə ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu artıq bununla bağlı müavfiq işləri yekunlaşdırıb.

Fond sözügedən işlərin icrasını "Tunel-Metro İnşaat" MMC-yə həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən,qeyd olunan işlər 3.5 milyon manata başa gələcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
34
6
olaylar.az

10Источники