AZ

Dövlət agentliyi 100 min manata ofis icarəyə götürür - TENDER

“Dövlət Məşğulluq Agentliyi“ PHŞ (VÖEN – 1300144711) açıq tender elan edir.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Şərqi Zəngəzur RMF üçün ofis icarəsi xidmətinin satın alınmasıdır. Ehtimal olunan qiymət 99 414 manat təşkil edir.

Tender 26 yanvar 2026-cı il tarixində dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 17 fevral 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.

İştirak haqqı 199 manat, istifadə haqqı isə 25 manat təşkil edir.

Əlaqələndirici şəxs: Tarxan Hüseynli - Satınalma mütəxəssisi
[email protected]
+994 12 596 43 05

İddiaçıların tələb olunan sayı: 3

İddiaçılar təkliflərini 17 fevral 2026-cı il tarixinə qədər AZ 1009, Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85 ünvanına təqdim edə bilərlər.

Seçilən
11
fed.az

1Mənbələr