RU

Naxçıvanda zəncirvari qəza olub: Xəsarət alan var - FOTOLAR

Naxçıvan şəhərində zəncirvari qəza olub, xəsarət alan var.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Azadlıq küçəsində baş verib.75-TA-476 dövlət nömrə nişanlı "Naz-Lifan", 75-BF-176 dövlət nömrə nişanlı "VAZ 2106" və 75-BL-674 dövlət nömrə nişanlı "VAZ 21015" markalı avtomobillər toqquşub. Qəza zamanı bir nəfər xəsarət alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Избранный
98
12
cebheinfo.az

10Источники