Yazını böyüt
Yazını kiçilt
Naxçıvan şəhərində 3 avtomobil toqquşub.
Hafta.az xəbər verir ki, hadisə şəhərin Azadlıq küçəsində qeydə alınıb.
75-TA-476 dövlət nömrə nişanlı "Naz-Lifan", 75-BF-176 dövlət nömrə nişanlı "VAZ 2106" və 75-BL-674 dövlət nömrə nişanlı "VAZ 21015" markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, fakt araşdırılır.