RU

Ademola Lukman İstanbul nəhənginə keçir

“Atalanta”nın hücumçusu Ademola Lukman karyerasını Türkiyədə davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki,  “Fənərbağça”nın 28 yaşlı nigeriyalı forvardın transferində ciddi maraqlı olduğu bildirilir.

İstanbul klubu danışıqlar üçün yaxın günlərdə İtaliyaya nümayəndə heyəti göndərməyə hazırlaşır. Lukman “sarı-lacivərdlilər”in əsas transfer hədəflərindən sayılır.

Qeyd edək ki, hücumçu bu mövsüm A Seriyasında 12 oyunda 2 qol, Çempionlar Liqasında isə 7 matçda 1 qol vurub.

Избранный
58
9
idmanxeber.az

10Источники