“Yuventus” hazırda “Əl-Nəsr”dən icarə əsasında “Fənərbağça”da çıxış edən Con Duranla maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, Turin təmsilçisi 22 yaşlı hücumçu üçün rəsmi təklif irəli sürüb və Türkiyə klubu ilə danışıqlara başlayıb.
Kolumbiyalı futbolçu bu mövsüm Türkiyə çempionatında 10 oyunda 3 qol və 2 assistlə yadda qalıb.