RU

Türkiyə Qazaxıstanda 79,5 milyon dollarlıq əczaçılıq zavodu tikəcək

Qazaxıstan Səhiyyə Nazirliyi Türkiyənin "Nobel" şirkəti ilə Qazaxıstanda yeni əczaçılıq məhsullarının istehsalı zavodunun tikintisinə dair böyük investisiya müqaviləsi imzalayıb.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.

Türkiyənin investisiyası 40 milyard tengə (79,5 milyon dollar) təşkil edəcək.

Zavodun tikintisinə 2026-cı ildə başlanılacaq, 17 sosial əhəmiyyətli preparat və 40 adda dərman vasitəsi istehsal ediləcək.

"Bizim vəzifəmiz ölkəni keyfiyyətli və əlçatan dərmanlarla təmin etmək, eyni zamanda Qazaxıstanın regional əczaçılıq mərkəzinə çevrilməsi üçün şərait yaratmaqdır. Bunun üçün bütün zəruri qanunvericilik şərtləri artıq yaradılıb", - Qazaxıstan Səhiyyə naziri Akmaral Alnazarova deyib.

"Cebheinfo.az"

Избранный
36
2
cebheinfo.az

10Источники