AZ

Qazaxıstanda 400 dən çox yeni dərman istehsal olunacaq

ain.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qazaxıstan Hökuməti ölkədə 400-dən çox yeni dərman istehsalı ilə bağlı müqaviləni təsdiqləyib.Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki. ümumi dəyəri 316 milyard tenge olan 6 investisiya layihəsi qarşıdakı 2-4 ili əhatə edəcək. Layihə əsasında ölkədə 400-dən çox yeni dərman istehsal olunacaq. Yeni layihələr çərçivəsində 1000-dən çox iş yerinin yaradılması planlaşdırılır.Bildirilib ki, son iki ildə əczaçılıq sənayesinə cəlb edilən investisiyaların həcmi 47 milyon dollardan 87 milyon dollara qədər ikiqat artıb.Ümumiyyətlə, 2030-cu ilə qədər Əczaçılıq və Tibb Sənayesinin İnkişafı Konsepsiyası çərçivəsində əlavə işlər görülür. Hökumət bildirir ki, ölkədə əczaçılıq sənayesi üçün mütəxəssislərin hazırlanması üzrə tam bir sistem fəaliyyət göstərir, o cümlədən dövlət dəstəyi, ikili təhsilin inkişafına xüsusi diqqət yetirilir.Anar

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
2
newscenter.az

10Mənbələr