RU

İş yerində ucadan gülənlər işdən ÇIXARILA BİLƏR – XƏBƏRDARLIQ

İş yerində yüksək səslə gülmək işdən çıxarılma səbəbi ola bilər.

İnterpress.az xəbər verir ki, bu barədə hüquqşünaslar məlumat yayıb.

İş yerində həddindən artıq yüksək səslə gülmək və şənlik etmək işçinin vəzifəsindən azad edilməsi ilə nəticələnə bilər.

Hüquqşünaslar xəbərdarlıq edir ki, əgər bu cür davranış iş prosesinə mane olursa və əmək intizamını pozursa, işəgötürənin işçini işdən çıxarmaq hüququ var.

Bu qayda xüsusilə səssizliyin tələb olunduğu və mühüm sənədlərlə işin aparıldığı müəssisələrə şamil edilir.

Qanunvericiliyə əsasən, intizamı pozan işçiyə qarşı əvvəlcə xəbərdarlıq və ya töhmət verilir. Lakin oxşar hal təkrarlandığı təqdirdə, işçi rəsmi şəkildə işini itirmək riski ilə üzləşir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
16
21
interpress.az

10Источники