AZ

Ucadan gülənlər işdən qovulacaq

Rusiyada iş yerində ucadan gülmək əmək intizamının pozulması kimi qiymətləndirilərək işdən çıxarılma ilə nəticələnə bilər.

Publika.az xəbər verir ki, bu barədə vəkil Yekaterina Neçayeva “Abzas” nəşrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu risk işçinin çalışdığı müəssisənin fəaliyyət sahəsindən asılıdır. Bəzi təşkilatlarda sakitlik əsas şərt hesab olunur, çünki əməkdaşlar mühüm sənədlərlə işləyirlər. Digər hallarda isə ucadan gülmək şirkətin müştərilərlə görüşlər zamanı imicinə mənfi təsir göstərə bilər.

“Yüksək səslə davranan şəxs iş prosesini poza bilər. Bu, təkcə əmək intizamının pozulması deyil, həm də şirkətin normal fəaliyyətinə maneədir. Belə hallarda işçi əvvəlcə xəbərdarlıq ala bilər. Davranış dəyişməzsə, töhmət verilir. Üçüncü mərhələdə isə işdən azad edilmə mümkündür”, - deyə Neçayeva qeyd edib.

Seçilən
58
5
publika.az

10Mənbələr