RU

Qazaxıstan Prezidenti: Konstitusiyaya hər hansı dəyişiklik yalnız referendum yolu ilə edilməlidir

Astana, 30 yanvar, AZƏRTAC

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Konstitusiyaya hər hansı bir dəyişiklik, hətta ən kiçik dəyişikliklər belə, yalnız referendum yolu ilə edilməlidir.

AZƏRTAC Akordaya istinadla xəbər verir ki, dövlət başçısı bu açıqlamanı Könüllülər Forumunda çıxışı zamanı verib.

“Konstitusiya istənilən ölkənin əsas təlimatı və fundamental sənədidir. Hər bir vətəndaş onun müddəalarını bilməli və hörmət etməlidir. Əminəm ki, bu yanaşma xalqımızın vətəndaş hüquqlarının gücləndirilməsi üçün vacib bir vasitəyə çevriləcək”, -deyə Tokayev qeyd edib.

Prezident əlavə edib ki, Konstitusiya İslahatları Komissiyası Əsas Qanundakı məsələlərinin bütün spektri üzrə çoxlu sayda təklifi təhlil edib.

“Buna görə də sistemli, düşünülmüş düzəlişlər Konstitusiyanın preambula hissəsi də daxil olmaqla, demək olar ki, bütün əsas bölmələrə və maddələrə təsir edib”, -deyə dövlət başçısı əlavə edib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Избранный
4
12
azertag.az

10Источники