AZ

Qazaxıstan Prezidenti ölkədə 130-dan çox qeyri-leqal kriptovalyuta mübadiləçisinin ləğv edildiyini bildirib

Astana, 28 yanvar, AZƏRTAC

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Maliyyə Monitorinqi Agentliyində müşavirə keçirib.

AZƏRTAC Akordanın saytına istinadla xəbər verir ki, Prezident Tokayev çıxışı zamanı ötən il ümumi dövriyyəsi 500 milyard tengedən çox olan vəsaitləri qanunsuz olaraq nağdlaşdıran təxminən 200 şirkət aşkar edildiyini bildirib. Onun sözlərinə görə, 80-dən çox mütəşəkkil cinayətkar qrup və 100-dən çox maliyyə piramidası çökdürülüb.

Dövlət başçısı bildirib: “Şübhəsiz ki, bütün bunlar ölkənin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir”.

Tokayev, həmçinin qeyd edib ki, çirkli pulların yuyulması və yeraltı kriptovalyuta əməliyyatları vasitəsilə kapitalın qanunsuz çıxarılması ciddi problemə çevrilib. “Bu günə qədər dövriyyəsi 62 milyard tengedən çox olan 130-dan çox qanunsuz kriptovalyuta mübadiləçisi ləğv olunub. Bu işlər ilə əlaqədar 2,6 milyard tenge dəyərində əmlak müsadirə edilib”, - deyə dövlət başçısı bildirib.

 

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
18
1
azertag.az

2Mənbələr