29 yanvar 2026-cı il tarixində Yeni Klinika Tibb Mərkəzində “I Uşaqlıq Boynu Xərçəngi – Fərqindəlik Simpoziumu” təşkil edilib.
E-saglam.az-ın məlumatına görə, tədbir Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Qadın Sağlamlığına Dəstək İctimai Birliyi, Avropa–Asiya Mamalıq və Ginekologiya Assosiasiyasının dəstəyi və TƏBİB-in təşkilatçılığı ilə baş tutub.
Simpoziumda ölkənin müxtəlif səhiyyə müəssisələrindən 100-dən artıq həkim və tibb mütəxəssisi iştirak edib. Tədbirin məqsədi uşaqlıq boynu xərçənginin profilaktikası, erkən diaqnostikası, müalicəsi və bu sahədə olan yeniliklərin müzakirəsi, həmçinin mütəxəssislər arasında əməkdaşlıq və təcrübə mübadiləsinin gücləndirilməsi olub.
Açılış mərasimində Yeni Klinika Tibb Mərkəzinin direktoru Dr. Barat Yusubov, TƏBİB-in Təlim və tədqiqatlar departamentinin nümayəndəsi Emil İskəndərov, Qadın Sağlamlığına Dəstək İctimai Birliyinin sədri və konfransın həmsədri Dr. Xəyalə Təhməzi, konfransın həmsədri Dr. Şəlalə Məmmədova, Ana və uşaq sağlamlığı şöbəsinin əməkdaşı Hicran Kazımova, Milli Onkologiya Mərkəzinin əməkdaşı Dr. Könül Mərdanova və Təşkilat komitəsinin sədri Dr. Günel Ziyadova çıxış edərək qadın sağlamlığının qorunmasında erkən diaqnostika və maarifləndirmənin əhəmiyyətini vurğulayıblar.
Simpozium qadın sağlamlığının qorunmasına xidmət edən mühüm elmi platforma kimi dəyərləndirilib və bu istiqamətdə davamlı təşəbbüslərin vacibliyi qeyd olunub.
Simpoziumun rəsmi agentliyi "Konora Events" şirkətidir.
Tədbirin media dəstəyi "E-saglam.az" sağlamlıq və tibbi xəbərlər platforması tərəfindən həyata keçirilib.
E-saglam.az