AZ

Naxçıvanda konstitusiya və suverenlik irsi ilə bağlı kitab nəşr edildi

Bakı. Trend:

Naxçıvanda “Konstitusiya, Suverenlik və yeni siyasikonfiqurasiya: tarixi irs, müasir çağırışlar, gələcəyə baxış” adlıkitab nəşr edilib.

Trend xəbərverir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan RespublikasıPrezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovunməsləhətçisi olduğu kitabın müəllifi Ali Məclisin sədr müavini,tarix üzrə fəlsəfə doktoru, dosent Arzu Abdullayevdir.

2025-ci il üçün elan olunan Konstitusiya və Suverenlik ilinəhəsr edilən kitabın elmi redaktoru Azərbaycan Respublikası MilliMəclisi sədrinin müavini, hüquq elmləri üzrə fəlsəfə doktoru,professor Ziyafət Əsgərov, ön sözün müəllifi AzərbaycanRespublikası Milli Məclisi sədrinin müavini, AMEA-nın müxbir üzvüMusa Qasımlı, rəyçiləri isə AMEA Naxçıvan Bölməsinin sədri,akademik İsmayıl Hacıyev və AMEA Fəlsəfə və Sosiologiyaİnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlhamMəmmədzadədir.

Kitabda müəllif xalqımızın milli ruhunun gücündən yaranmışkonstitusiya, suverenlik və siyasi sistem quruculuğu salnaməsindənbəhs edir. Həmçinin, Ulu Öndər Heydər Əliyev tərəfindən əsasıqoyulan milli inkişaf strategiyasının real nəticələri olaraq,respublikamızda son 30 ildən artıq dövrdə həyata keçirilən düzgüniqtisadi-sosial, siyasi, hüquqi, xarici siyasətin təntənəsindənsöhbət açılır. Müəllif Azərbaycanın çağdaş siyasi tarixinə yenimissiya ilə daxil olan cənab İlham Əliyevin milli dövlət quruculuğuvə siyasi idarəçiliyinin şərəfli mərhələsinin konseptual elmi vətarixi şərhini verir.

Ön söz, giriş, üç fəsil və nəticədən ibarət olan kitabın"Azərbaycan Konstitusiyası: tarixi irsin, yeni çağırışların,strateji hədəflərin hüquqi tənzimlənməsi" adlı I fəslində millidövlətçilik ənənələrimizdə Konstitusiya anlayışından, AzərbaycanXalq Cümhuriyyətində hüquqi dövlət quruculuğundan, Naxçıvandanbaşlanan hüquqi dövlətçilik yolundan və Qurtuluş missiyasınınhüquqi təntənəsindən ətraflı bəhs edilir. Müəllif bu proseslərinməntiqi ardıcıllığını tarixi kontekstdə əks etdirərək, müfəssəltəhlilini verir.

"Suverenlik: Azərbaycanın bütövlük təsdiqi" adlanan II fəsildəmöhkəm təmələ əsaslanan qüdrətli suverenlik kursundan, Prezidentİlham Əliyevin suverenlik prioritetlerindən, “Qarabağ Azərbaycandırvə Nida”nın Zəfər çağırışlarından, suverenliyin “Dəmir Yumruq”təminatından və qüdrətli Suverenliyin mərhəmət gücündən söhbətaçılır.

Sonuncu - "Yeni siyasi konfiqurasiya: dayanıqlı inkişafın vəmilli birliyin etibarlı təməli" adlanan III fəsildə isə müəllifyeni tarixi mərhələdə yeni siyasi konfiqurasiya, Heydər Əliyevsiyasi arxitekturası, siyasi islahatlarda yeni prioritet - siyasikonfiqurasiyanın modernləşməsi, siyasi sistemin möhkəmlənməsi,tarixi ədalətin bərpası: Qərbi Azərbaycana Qayıdış, yeni siyasikonfiqurasiyanın antiazərbaycançı şəbəkəyə böyük zərbələri və IVSənaye İnqilabı Dövrünün siyasi konsepsiyası və çağırışları kimiaktual mövzuları geniş araşdırır, bu tarixi-siyasi prosesin ilkinnəticələri barədə rəy bildirir.

“Konstitusiya, Suverenlik və yeni siyasi konfiqurasiya: tarixiirs, müasir çağırışlar, gələcəyə baxış” kitabı elm və təhsilictimaiyyəti, tədqiqatçılar, politoloqlar, xüsusən də gənc nəsilüçün dəyərli vəsaitdir.

Seçilən
30
9
az.trend.az

10Mənbələr