RU

Fərid Məmmədov: 2030-cu ilədək 14 regional DOST mərkəzinin və 64 filialın istifadəyə verilməsi nəzərdə tutulub VİDEO

Bakı, 30 yanvar, AZƏRTAC

2030-cu ilədək 14 regional DOST mərkəzinin və 64 filialın istifadəyə verilməsi planlaşdırılıb.

AZƏRTAC xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ötən il Qarabağ Regional DOST Mərkəzinin Kəlbəcər və Füzuli xidmət məntəqələri, bu ay isə Tərtər filialı istifadəyə verilib. “Ümumilikdə indiyədək Bakı və bölgələrdə 7 DOST Mərkəzi, 2 DOST filialı, "Smart DOST" xidmət məntəqəsi, 2 DOST məntəqəsi istifadəyə verilib. Hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda da DOST mərkəzlərinin, habelə bir sıra bölgələrdə DOST filiallarının yaradılması üçün layihə, təmir-tikinti işləri aparılır”, - deyə Fərid Məmmədov vurğulayıb.

Избранный
76
11
azertag.az

10Источники