AzVision.az xəbər verir ki, bunu DOST Agentliyində 2025-ci ilin yekunları və 2026-cı il üzrə hədəflərə dair keçirilən mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib.
Qeyd olunub ki, DOST Agentliyi Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılıb və 2019-cu ilin may ayında ilk DOST mərkəzi açılıb. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası vətəndaşlara 162 dövlət sosial xidmətinin “bir pəncərə”dən, modern və çevik, şəffaf mexanizmlər üzərində təqdim edilməsinə imkan verir.
Onun sözlərinə görə, DOST Çağrı Mərkəzi 142 tərəfindən 2025-ci ildə 1,5 milyon, ümumən ötən dövrdə isə 8,3 milyondan çox vətəndaş müraciəti cavablandırılıb: "Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 95% təşkil edib. Çağrı Mərkəzinə zəng edənlərin cavab üçün orta gözləmə müddəti 51 saniyə, orta xidmət müddəti isə 3 dəqiqə 7 saniyə olub".
Fərid Məmmədov DOST Agentliyinin fəaliyyətinin beynəlxalq arenada da yüksək qiymətləndirildiyini qeyd edib. Belə ki, Agentlik indiyədək 36 beynəlxalq keyfiyyət və mükəməllik sertifikatına layiq görülüb. Ötən il DOST modelinin Rumıniya, Serbiya və Xorvatiyada tətbiqi məqsədilə bu ölkələrin müvafiq qurumları ilə işgüzar əlaqələr qurulub, "bir pəncərə" sisteminin tətbiqi istiqamətində Özbəkistan və Moldova ilə əməkdaşlıq davam etdirilib.
"Hesabat dövründə həmçinin DOST Agentliyinin təşəbbüsü ilə Bakıda “SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfrans keçirilib. 20 ölkədən 430 nəfərə yaxın şəxsin iştirak etdiyi konfransın məqsədi yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə sosial xidmətlər sahəsində sürətli inkişaf perspektivlərinin qiymətləndirilməsi, innovativ yanaşmaların, süni intellekt alətlərinin və müasir texnologiyaların tətbiq edilməsi ilə gələcək inkişaf yollarının müəyyənləşdirilməsi olub".
Mətbuat konfransında 2026-cı il üzrə qarşıda duran hədəflərdən bəhs olunub, media nümayəndələrinin sualları cavablandırılıb.
Daha sonra DOST Agentliyinin 3 istiqamət
Böyük Britaniyanın “GCL International” sertifikatlaşdırma təşkilatının ISO 9001:2015 (Keyfiyyət İdarəetmə Sistemi) və ISO 10002:2018 (Müştəri məmnunluğunun təmin edilməsi və şikayətlərin idarəedilməsi),
Türkiyənin “MSC” sertifikatlaşdırma təşkilatının ISO 37001:2025 (Korrupsiyaya qarşı idarəetmə sistemi) üzrə layiq görüldüyü sertifikatlar sertifikalaşdırma təşkilatlarının nümayəndələri tərəfindən Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədova təqdim olunub.
DOST Agentliyi hər üç istiqamət üzrə bütün mərhələləri uğurla keçib. ISO sertifikatları 2028-ci ilin sonunadək etibarlıdır. Bu standartların tətbiqi DOST Agentliyi və DOST mərkəzlərinin işini daha da yaxşılaşdırmağa, xidmət keyfiyyətini yüksəltməyə imkan verəcək.
Xatırladaq ki, 2022-ci ildə də DOST Agentliyi LRQA sertifikatlaşdırma təşkilatı tərəfindən 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb.
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta