RU

Dini ziyarət üçün Azərbaycana hansı ölkələrdən gəlirlər? – Siyahı


Ötən il ərzində turizm məqsədi ilə Azərbaycana 1 milyon 804 min 754 nəfər xarici ölkə vətəndaşı gəlib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının 1 960 nəfəri və ya 0,1%-i ölkəyə dini ziyarət məqsədi ilə gəlib.
Qeyd edək ki, dini ziyarət üçün Azərbaycana gələn əcnəbilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 335 nəfər və ya 40,5% azalıb.
Dini ziyarət üçün Azərbaycana gələnlərin yarıdan çoxu – 1 008 nəfəri Rusiya vətəndaşı olub.
Azərbaycana dini ziyarət üçün gələnlər aşağıdakı ölkələrin vətəndaşları olub:
Rusiya – 1 008 nəfər;
Türkiyə – 298 nəfər;
Qazaxıstan – 170 nəfər;
Gürcüstan – 179 nəfər;
İsrail – 160 nəfər;
İran – 58 nəfər;
Hindistan – 52 nəfər;
Pakistan – 14 nəfər;
Səudiyyə Ərəbistanı – 7 nəfər;
Qırğızıstan – 6 nəfər;
Türkmənistan – 6 nəfər;
Ukrayna – 2 nəfər.


Elnur Əli
Избранный
23
42
yeniavaz.com

10Источники