AZ

Dini ziyarət üçün Azərbaycana hansı ölkələrdən gəlirlər? Siyahı

ain.az bildirir, Yeniavaz saytına əsaslanaraq.

Ötən il ərzində turizm məqsədi ilə Azərbaycana 1 milyon 804 min 754 nəfər xarici ölkə vətəndaşı gəlib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının 1 960 nəfəri və ya 0,1%-i ölkəyə dini ziyarət məqsədi ilə gəlib.

Qeyd edək ki, dini ziyarət üçün Azərbaycana gələn əcnəbilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 335 nəfər və ya 40,5% azalıb.

Dini ziyarət üçün Azərbaycana gələnlərin yarıdan çoxu – 1 008 nəfəri Rusiya vətəndaşı olub.

Azərbaycana dini ziyarət üçün gələnlər aşağıdakı ölkələrin vətəndaşları olub:

Rusiya – 1 008 nəfər;

Türkiyə – 298 nəfər;

Qazaxıstan – 170 nəfər;

Gürcüstan – 179 nəfər;

İsrail – 160 nəfər;

İran – 58 nəfər;

Hindistan – 52 nəfər;

Pakistan – 14 nəfər;

Səudiyyə Ərəbistanı – 7 nəfər;

Qırğızıstan – 6 nəfər;

Türkmənistan – 6 nəfər;

Ukrayna – 2 nəfər.Elnur Əli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
41
yeniavaz.com

10Mənbələr