ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Sosial şəbəkələrdə yayılan görüntülər ictimai müzakirələrə səbəb olub. Videoda AYNA-ya məxsus avtomobilin parklanma nişanından əvvəl saxlanıldığı görünür.
Görüntünü paylaşan sürücünün sözlərinə görə, o, eyni ərazidə avtomobilini bu formada saxladığı üçün cərimə edilib.
AYNA-nın mətbuat katibi Tural Orucov Axar.az-a açıqlamasında məsələdən xəbər olduqlarını bildirib:
"Qayda pozan əməkdaşa xəbərdarlıq olunub və barəsində müvafiq tədbir görüləcək".
Videonu təqdim edirik:
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.