ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bir müddət əvvəl Sumqayıtda küçə ticarətinə qarşı keçirilən reyd zamanı məmurun satıcıya qarşı kobud davranışı və yol kənarında düzülmüş meyvələrin müsadirə edilməsi cəmiyyətdə geniş müzakirələrə səbəb olmuşdu.
"Ölkə.az" xatırladır ki, sosial şəbəkələrdə yayılan görüntülər ictimai narazılıq doğurmuş, məmurun davranışı sərt tənqid edilmişdi.
Daha sonra məlum oldu ki, sözügedən şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunda baş məsləhətçi vəzifəsində çalışan Samir Bədəlovdur.
Hadisə bununla da gündəmdən düşməyib. Ötən gün axşam saatlarında efirə gedən “Komedixana” verilişində icra nümayəndəsinin sözügedən hərəkətləri yumoristik formada tənqid edilib və lağ obyektinə çevrilib. Verilişdə təqdim olunan səhnə ictimai rezonans doğuran davranışa bir növ satirik münasibət kimi dəyərləndirilib.
Bununla bağlı yayımlanan videonu təqdim edirik.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.