RU

"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəşr etdiyi “İxrac icmalı”nın 2026-cı ildə ilk buraxılışı ötən ilin yekunlarına həsr olunub.

Qeyd edilib ki, 2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 43 ölkəsinə 18,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66%-ni təşkil edib. 2025-ci ilin dekabr ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində  4,6 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,5 milyon ABŞ dolları ilə Lüksemburq, 1,3 milyon ABŞ dolları ilə İsveç, 861 min ABŞ dolları ilə Türkiyə, 823,9 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.

Azərbaycan ixrac icmalı 2026 Azərkosmos ixracı peyk telekommunikasiya xidmətləri ixracı Azərbaycanın kosmik agentliyi Azərkosmos xidmət gəlirləri beynəlxalq peyk xidmətləri peyk xidməti ixrac ölkələri Birləşmiş Krallıq peyk xidməti Lüksemburq peyk xidməti İsveç peyk xidməti Türkiyə peyk xidməti Nigeriya peyk xidməti Azərkosmos gəlir payı kosmik xidmətlər ixracı Azərbaycanın kosmik sektor ixracı beynəlxalq telekommunikasiya xidmətləri peyk telekommunikasiya bazarı Azərkosmos beynəlxalq müştərilər kosmik agentlik ixrac statistikası Azərbaycanın qeyri-neft ixracı
Избранный
29
15
marja.az

9Источники