RU

Köçəryan Türkiyəyə qarşı ərazi iddiası irəli sürdü FOTOFAKT

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ermənistanın ikinci prezidenti, Xocalı qatili Robert Köçəryan çoxdan “siyasi meyit” hesab olunsa da, bu aqibətlə barışmaq istəmir.Rusiyanın agenti olduğu şübhə doğurmayan Köçəryən, elə Moskvanın sifarişi ilə ara-sıra xortlayır. Köçəryan yanvarın 29-da yenə də mətbuat konfransı keçirib.Məqsəd bəllidir: Ermənistanda seçkilər yaxınlaşır. Təsadüfü deyil ki, Köçəryanın əsas fikirləri Rusiya ilə bağlı olub. O, Moskvanın Ermənistan üçün vacib olduğunu dəfələrlə xatırladıb.Demokrat.az Publika.az-a istinadən xəbər verir ki, Köçəryanın mətbuat konfransında başqa bir detal da diqqəti cəlb edib. Xocalı qatili Ağrı dağının yer aldığı portretin fonunda jurnalistlərlə söhbətləşib.Bu, Türkiyəyə qarşı ərazi iddiası və aşkar təxribatdır. Məqsəd də bəllidir: Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının qarşısını almaq, Azərbaycanla sülh müqaviləsinin bağlanmasına mane olmaq, ümumilikdə bölgədə qeyri-sabitliyin olmasını təşviq etmək.Bu planın hansı ölkəyə məxsus olduğu və ssenarinin də harada yazıldığı bəllidir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
41
7
demokrat.az

10Источники