AZ

Köçəryan Türkiyəyə qarşı ərazi iddiası irəli sürdü

Ermənistanın ikinci prezidenti, Xocalı qatili Robert Köçəryan çoxdan “siyasi meyit” hesab olunsa da, bu aqibətlə barışmaq istəmir.

Rusiyanın agenti olduğu şübhə doğurmayan Köçəryən, elə Moskvanın sifarişi ilə ara-sıra xortlayır. Köçəryan yanvarın 29-da yenə də mətbuat konfransı keçirib.

Məqsəd bəllidir: Ermənistanda seçkilər yaxınlaşır. Təsadüfü deyil ki, Köçəryanın əsas fikirləri Rusiya ilə bağlı olub. O, Moskvanın Ermənistan üçün vacib olduğunu dəfələrlə xatırladıb.

Publika.az xəbər verir ki, Köçəryanın mətbuat konfransında başqa bir detal da diqqəti cəlb edib. Xocalı qatili Ağrı dağının yer aldığı portretin fonunda jurnalistlərlə söhbətləşib.

Bu, Türkiyəyə qarşı ərazi iddiası və aşkar təxribatdır. Məqsəd də bəllidir: Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının qarşısını almaq, Azərbaycanla sülh müqaviləsinin bağlanmasına mane olmaq, ümumilikdə bölgədə qeyri-sabitliyin olmasını təşviq etmək.

Seçilən
20
13
publika.az

10Mənbələr