RU

"Qarabağ"ın pley-offdakı rəqibi müəyyənləşir - PSJ, yoxsa "Nyukasl"?

Bu gün "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibinin adına aydınlıq gələcək.

"Football-plus.az" xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 15.00-da başlayacaq.

Liqa mərhələsini 22 pillədə başa vuran Ağdam təmsilçisi "səpələnməmişlər" səbətində yer alacaq. Pley-off mərhələsinin qaydalarına əsasən, 21 və 22-ci yerləri tutan "Monako" və Qarabağ” “səpələnmişlər” səbətinə düşən 11-12-ci yerlərin sahiblərindən biri ilə qarşılaşacaq. "Qarabağ"ın potensial rəqibləri turnirin son qalibi PSJ (Fransa) və "Nyukasl"dı (İngiltərə).

“Qarabağ” ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək. Pley-off görüşləri 17/18 və 24/25 fevralda oynanılacaq.

"Qarabağ" - PSJ/"Nyukasl" cütünün qalibi 1/8 finalda liqa mərhələsini 5-ci pillədə başa vuran "Barselona" və ya 6-cı yerin sahibi "Çelsi" ilə qarşılaşacaq.

Избранный
73
7
football-plus.az

10Источники