AZ

"Qarabağ"ın rəqibi bu gün bəlli olacaq

Bu gün "Qarabağ"ın pley-offdakı rəqibi bəlli olacaq.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu gün "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibinin adı bəlli olacaq.

Bu mərhələnin püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Mərasim İsveçrənin Nyon şəhərində keçiriləcək.

Liqa mərhələsini 22-ci pillədə başa vuran təmsilçimiz "səpələnməmişlər" səbətində yer alacaq. "Qarabağ" "səpələnmişlər" səbətinə düşən 11-12-ci yerlərin sahiblərindən biri ilə qarşılaşacaq. Ağdam klubunun potensial rəqibləri Fransanın PSJ və İngiltərənin "Nyukasl Yunayted" klublarıdır.

Pley-off oyunları 17-18 fevral və 24-25 fevralda oynanılacaq. "Qarabağ" ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, "Qarabağ" - PSJ/"Nyukasl" cütünün qalibi 1/8 finalda Liqa mərhələsini beşinci pillədə başa vuran "Barselona" və ya altıncı yerin sahibi "Çelsi" ilə üz-üzə gələcək.

Seçilən
67
7
day.az

10Mənbələr