RU

34 yaşında general olan Fuad Məmmədov əslində kimdir? – Yeni detallar

Gömrük Komitəsində general-mayor rütbəsi verilən 34 yaşlı Fuad Məmmədovun BP-nin vitse-prezidenti Elxan Məmmədovun oğlu olması haqda iddialar təsdiqini tapmayıb.

NOCOMMENT.az-ın məlumatına görə, F.Məmmədovun atası Məmmədov Elxan Ənvər oğlu adlı başqa bir şəxsdir.

Ailə əslən Tovuz rayonundandır.

Bildirilir ki, Elxan Məmmədov kitabxana müdiri işləyib, hazırda isə biznes fəaliyyəti işlə məşğuldur.

Ötən gün general rütbəsi alan oğlu Fuad Məmmədov isə 1992-ci ildə Bakıda anadan olub.

2008-2012-ci illərdə  Bakı Dövlət Universitetinin Gömrük işinin təşkili ixtisası üzrə bakalavr təhsili alıb.

2012-2013- cü illərdə hərbi xidmətdə olub. Silahlı Qüvvələrin 95-ci ilinə həsr olunmuş paradda iştirakına görə yubiley medalı ilə təltif edilib.

2013-2015-ci illərdə Bakı Dövlət Universitetində Gömrük işi ixtisası üzrə magistr təhsili alıb.

2016-2018-ci illərdə – Dövlət Gömrük Komitəsinin Akademiyasında müəllim kimi fəaliyyət göstərib.

2018-2021-ci illərdə Komitə aparatının Gömrük tarifləri və tarif təsnifatının tətbiqi şöbəsinin böyük inspektoru vəzifəsində işləyib.

2022-2023-cü illərdə həmin şöbənin rəisi olub.

2023-2024-cü illərdə Gömrük Siyasəti Baş İdarəsinin Ticarət Siyasəti İdarəsinin rəisi vəzifəsində işləyib.

2024-cü ildə Komitənin Ümumdünya Gömrük Təşkilatındakı  (Belçika Krallığında) nümayəndəsi (gömrük attaşesi) təyin edilib.

2021-ci ildən etibarən Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzvolma danışıqlarında Komitəni təmsil edir.

Azərbaycan Respublikası Prezidentinin 12 mart 2025-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilmişdir.

Rus və ingilis dillərini sərbəst bilir.

Ailəlidir, 1 övladı var./Globalinfo.az/

Избранный
21
8
nocomment.az

5Источники