RU

Azərbaycan karbamid ixracından gəlirini 35 % artırıb

2025-ci ildə Azərbaycan 170,8 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın yanvar sayında bildirilir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 35 % çoxdur.

Təkcə dekabrda isə Azərbaycan 7 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 47,8 % azdır.

Ötən il Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı əvvəlki illə müqayisədə 8,1 % artaraq 3,6 milyard ABŞ dolları təşkil edib.

"Cebheinfo.az"

Избранный
40
50
cebheinfo.az

10Источники