Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan təmsilçisi Şanel Akselsson Andorrada təşkil olunan “Trofeu Borrufa” adlı beynəlxalq xizək turnirində uğurlu çıxış edərək aktivinə xallar əlavə edib.
Qış İdman Növləri Federasiyasından AZƏRTAC-a bildirilib ki, U-14 kateqoriyasında ilk dəfə çıxış edən idmançı dağ xizəyinin nəhəng slalom növü üzrə keçirilən yarışında 17 ölkəni təmsil edən 55 idmançı arasında 5-ci yerə sahib olub.
Qeyd edək ki, “Trofeu Borrufa” gənc və perspektivli xizəkçilərin iştirakı ilə keçirilən, dünya xizək təqvimində xüsusi yer tutan yarışlardan biri hesab olunur.