AZ

Azərbaycan xizəkçisi Andorradakı beynəlxalq yarışda uğurlu çıxış edib

Azərbaycan təmsilçisi Şanel Akselsson Andorrada təşkil olunan “Trofeu Borrufa” adlı beynəlxalq xizək turnirində uğurlu çıxış edərək aktivinə xallar əlavə edib.

Qış İdman Növləri Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, U-14 kateqoriyasında ilk dəfə çıxış edən idmançı dağ xizəyinin nəhəng slalom növü üzrə keçirilən yarışında 17 ölkəni təmsil edən 55 idmançı arasında 5-ci yerə sahib olub.

Qeyd edək ki, “Trofeu Borrufa” gənc və perspektivli xizəkçilərin iştirakı ilə keçirilən, dünya xizək təqvimində xüsusi yer tutan yarışlardan biri hesab olunur.

Seçilən
0
40
90deqiqe.az

10Mənbələr