Bu gün UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün pley-off mərhələsinin püşkü atılacaq.
Tədbir bu gün, saat 15:00-da UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq.
Mərasimdə "Qarabağ"ın da pley-off mərhələsindəki rəqibi müəyyənləşəcək.
Səpələnməmişlər sırasında yer alan Azərbaycan çempionu PSJ və ya "Nyukasl" komandalarından birinə rəqib olacaq.
Püşkatmada Liqa mərhələsini 9-cu və 24-cü yerlər arasında başa vuran komandalar iştirak edəcəklər. İlk 8 yeri tutan klublar birbaşa 1/8 finala vəsiqə qazandıqları üçün bu mərhələdən azaddırlar.
Püşkatmadan öncə 16 komanda iki səbətə bölünüb.
Səpələnmişlər (9-16-cı yerlər):
"Real" (İspaniya)
"İnter" (İtaliya)
PSJ (Fransa)
"Nyukasl" (İngiltərə)
"Yuventus" (İtaliya)
"Atletiko" (İspaniya)
"Atalanta" (İtaliya)
"Bayer 04" (Almaniya)
Səpələnməmişlər (17-24-cü yerlər):
"Borussiya" (Dortmund, Almaniya)
"Olimpiakos" (Yunanıstan)
"Brügge" (Belçika)
"Qalatasaray" (Türkiyə)
"Monako" (Fransa)
"Qarabağ" (Azərbaycan)
"Budyo-Qlimt" (Norveç)
"Benfika" (Portuqaliya)
Qeyd edək ki, pley-off mərhələsinin oyunları fevralın 17-18-i və 24-25-də keçiriləcək.
Fevralın 27-də 1/8 final, 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılacaq. 10-11 və 17-18 martda 1/8 final, 7-8 və 14-15 apreldə isə 1/4 final oyunları keçiriləcək. Yarımfinal qarşılaşmaları 28-29 aprel və 5-6 mayda baş tutacaq.
Mövsümün final matçı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.