AZ

Doqquz ingilis klubu avrokuboklarda mübarizəni davam etdirir

Ən yüksək liqalar arasında İngiltərə Premyer Liqası Avropa kuboklarında ən çox komanda ilə təmsil olunur.

İdman.Biz bildirir ki, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Mançester Siti” və “Nyukasl” Çempionlar Liqasında İngiltərəni təmsil etməyə davam edirlər.

İspaniyadan “Barselona”, “Real Madrid” və “Atletiko Madrid”; İtaliyadan “İnter”, “Yuventus” və “Atalanta”; Almaniyadan “Bavariya”, “Bayer Leverkuzen” və “Borussiya Dortmund”; Fransadan PSJ və “Monako” qalır.

Avropa Liqasında aşağıdakı komandalar ümumi mərhələni uğurla başa vurublar: Premyer Liqadan “Aston Villa” və “Nottingem Forest”; La Liqadan “Betis” və “Selta Viqo”; A Seriyasından “Roma” və “Bolonya”; Bundesliqadan “Frayburq” və “Stutqart”; və Liqa 1-dən “Lion” və “Lill”.

Konfrans Liqasında İngiltərədən “Kristal Palas”, İspaniyadan “Rayo Valyekano”, İtaliyadan “Fiorentina”, Almaniyadan “Mayns” və Fransada “Strasburq” var.

Beləliklə, UEFA yarışlarında doqquz Premyer Liqa klubu qalıb. İspaniya, İtaliya və Almaniyanın hər birindən altı, Fransadan isə beş klub avrokuboklardadır.

İdman.Biz
Seçilən
9
15
idman.biz

10Mənbələr