RU

“Qarabağ” UEFA da neçəncidir?

ain.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Çempionlar Liqası və Avropa Liqasında Liqa mərhələsinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, UEFA turnirdə iştirak edən komandaların nəticələrinə əsasən reytinq cədvəlini yeniləyib.

“Qarabağ” son beş mövsümdə 42.750 xal toplayıb. Azərbaycan çempionu reytinqdə 60-cı sıradadır.

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqiblərində PSJ 114.000 xalla 6-cı, İngiltərənin “Nyukasl” komandası isə 27.250 xalla 76-cı sırada qərarlaşıb.

Siyahıya 137.500 xalla “Real” başçılıq edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
88
50
futbolpress.az

10Источники