Ali Məhkəmədə dələduzluqda ittiham olunan ictimai fəal Rail Abbasovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Qeyd: Rail Abbasov 2024-cü il sentyabrın 20-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. İstintaq orqanı ictimai fəalı ev alqı-satqısı zamanı dələduzluqda günahlandırır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rail Abbasov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Kamal Məmmədov
Tarix: 30 Yanvar 2026, 09:25