AZ

Rail Abbasovla bağlı qərar verildi

Ali Məhkəmədə dələduzluqda ittiham olunan ictimai fəal Rail Abbasovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Ölkə.az Pravda.az-a istinadən xəbər verir ki, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Rail Abbasov 2024-cü il sentyabrın 20-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub. İstintaq orqanı ictimai fəalı ev alqı-satqısı zamanı dələduzluqda günahlandırıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rail Abbasov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Seçilən
31
50
olke.az

10Mənbələr