Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İngiltərə Anqlikan kilsəsində ilk dəfə olaraq bir qadın ən yüksək ruhani vəzifəyə təyin olunub.
Qafqazinfo” xəbər verir ki, Sara Mullalli Londondakı Müqəddəs Pol Kafedralında keçirilən mərasimdə rəsmi olaraq İngiltərə Kilsəsinin arxiyepiskopu kimi and içib.
63 yaşlı Mullally 492 illik tarixə malik kilsənin ilk qadın lideri olmaqla yanaşı, eyni zamanda, 106-cı arxiyepiskop titulunu qazanıb. O, 165 ölkədə yaşayan təxminən 85 milyon Anqlikan xristianının mənəvi lideri hesab olunur.
Mərasimdə İngiltərə Kralı III Çarlza tabe olan yüksək rütbəli yepiskoplar, kilsə üzvləri, yerli məktəblərin şagirdləri, xor kollektivləri, eləcə də, Anqlikan icmasının nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, İngiltərə Kilsəsi XVI əsrdə Kral VIII Henrinin ölkəni Roma Katolik Kilsəsindən ayırmasından sonra formalaşıb və o vaxtdan bəri kilsəyə Keytenberi arxiyepiskopu rəhbərlik edir.
Sara Mullalli karyerasına tibb bacısı kimi başlayıb və 1999-cu ildə İngiltərənin baş tibb bacısı vəzifəsinə yüksəlib. Paralel olaraq ilahiyyat təhsili alan Mullalli 2001-ci ildə keşiş olub, 2004-cü ildə isə dini fəaliyyətinə tam diqqət ayırmaq üçün tibb sahəsini tərk edib.
Kilsə daxilində sürətlə yüksələn Mullalli sələfi Castin Uelbidən sonra Anqlikan Kilsəsinin ən yüksək vəzifəli yepiskopu təyin edilib. Onun vəzifəyə gətirilməsi qadınların kahinliyinə qarşı çıxan və LGBTQ məsələləri ilə bağlı fərqli mövqelərə malik olan Anqlikan icmasının bəzi təbəqələrində tənqidlərə səbəb olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.