AZ

15 il əvvəl xəstə ziyarətinə gələn aktyor indi orada özü üçün donor gözləyir

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qaraciyər çatışmazlığından əziyyət çəkən aktyor Ufuk Özkanın illər əvvəl hazırda müalicə aldığı xəstəxanadakı xəstələri ziyarət etdiyi ortaya çıxıb.

BAKU.WS xəbər verir ki, 2011-ci ildə aktyor Antalyada yerləşən bir xəstəxananın orqan nəqli şöbəsini ziyarət edərək müalicə alan xəstələrə mənəvi dəstək göstərib.

Həmin ziyarət zamanı açıqlama verən Ufuk seriallarda orqan nəqli mövzusunun işıqlandırılmasını müsbət qarşıladığını bildirib.

O qeyd edib ki, belə görüntülərin yer alması cəmiyyət üçün olduqca vacibdir.

Aktyor bu ziyarətinin böyrək transplantasiyası olan yaxın dostu Cesur Devrim Altınokun təşəbbüsü ilə baş tutduğunu deyib.

Özkan, insanlara yardım etməyin və onların yanında olmağın ona böyük mənəvi rahatlıq verdiyini vurğulayıb.

Ufuk Özkanın illər əvvəl göstərdiyi bu həssas münasibət, bu gün yaşadığı çətin mübarizə fonunda yenidən gündəmə gəlib.

Hazırda isə o həmin xəstəxanada özü üçün donor gözləyir. Aktyora iki nəfər donor olsa da, aparılan analizlərdən sonra onların orqanın aktyora uyğun olmadığı müəyyən edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
1
baku.ws

2Mənbələr