Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp hesab edir ki, Böyük Britaniya vəKanadanın Çinlə iş görmək niyyəti təhlükəlidir.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti jurnalistlərəbildirib.
Jurnalistlərlə söhbət zamanı Amerika liderindən BöyükBritaniyanın Baş naziri Keyr Starmerin Çinə səfəri ilə bağlı şərhverməsi istənilib.
"Bu, onlar üçün çox təhlükəlidir. Kanada üçün Çinlə iş görməkdaha da təhlükəlidir. Kanadanın işləri çətindir, amma biz həll yolukimi Çinə baxa bilmərik. Mən Çini çox yaxşı tanıyıram, Sədr SiCinpini tanıyıram, o mənim dostumdur, amma bu, ciddi bir maneədir",- deyə o bildirib.