AZ

Tramp Britaniya və Kanadaya xəbərdarlıq edib: Çinlə ticarət çox təhlükəlidir

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya və Kanadaya xəbərdarlıq edib.

APA “Politico”ya istinadən xəbər verir ki, ABŞ Prezidenti Britaniya Baş nazir Kir Starmerin Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündən sonra bu xəbərdarlığı edib.

Tramp Çinlə ticarət aparmağın çox təhlükəli olduğunu bildirib. O, eyni zamanda, Kanadaya da xəbərdarlıq edib.

“Bu, onlar üçün çox təhlükəlidir. Düşünürəm ki, Kanadanın Çinlə ticarət aparması daha təhlükəlidir. Kanada çətin dövrlər keçirir. Onların işləri yaxşı getmir və Çin problemi həll etmək üçün düzgün bir həll yolu kimi görülməməlidir. Mən Çini çox yaxşı tanıyıram”, - Tramp qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
71
50
apa.az

10Mənbələr