Avropa İttifaqı (Aİ) İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil edib.
Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas sosial media hesabında məlumat yayıb.
Diplomat qeyd edib ki, Aİ xarici işlər nazirləri bu qətiyyətli addımla SEPAH-ın statusunu beynəlxalq terrorçu qruplaşmalarla bərabərləşdiriblər:
Xatırladaq ki, sözügedən qərarla SEPAH-ın Avropadakı aktivlərinin dondurulması və qurumla hər hansı maliyyə-iqtisadi əlaqələrin qurulmasının qadağan edilməsi nəzərdə tutulur. Bu, Avropa Birliyinin Tehrana qarşı son illərdə atdığı ən sərt hüquqi addım hesab olunur.
"Cebheinfo.az"