RU

Bülent Ərsoyun sərvəti açıqlandı - Şəxsi ada, 28 mənzil...

"Çoxlu pulum var, xərcləməyə yer axtarıram" açıqlaması ilə gündəm olan məşhur müğənni Bülent Ərsoyun Türkiyədə əmlak və biznes də daxil olmaqla ümumi sərvəti açıqlanıb.

Milli.Az xəbər verir ki, Bülent Ersoyun İstanbulda 28 mənzili və müxtəlif şəhərlərdə 4 lüks villası var.

Bülent Ersoy Marmarisdə dəniz kənarında özəl bir adaya, Fəthiyədə yanacaqdoldurma məntəqəsinə və İstanbulun Fənərbağça şəhərində özəl saunaya sahibdir.

Bülent Ərsoyun ümumi nağd aktivləri və zərgərlik əşyaları isə 60 milyon dollardan çoxdur.

Xatırladaq ki, aylar öncə müğənninin müsahibələrin birində verdiyi açıqlama gündəm olmuşdu  "Mən sevgi istəyirəm. Çoxlu pulum var, onu xərcləyəcək yerlər axtarıram. Yaraşıqlı olsaydı, problem olmazdı. Bu qədər pulu kimə qoyub gedərdim?" açıqlaması gündəm olmuşdu.

Fidan
Milli.Az

Избранный
94
1
milli.az

10Источники