RU

Masallının Meşəkənarı kəndində aztəminatlı ailəyə yeni ev təqdim olundu » AzadMedia.az


Masallı rayonunda həssas təbəqədən olan ailələrə dövlət qayğısı ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Bu siyasətin növbəti real nümunəsi rayonun Təzə Alvadı inzibati ərazi dairəsinə daxil olan Meşəkənarı kəndində həyata keçirilib.
Sözügedən kənddə 5 uşaqlı aztəminatlı ailə üçün inşa edilən fərdi yaşayış evinin açılışı olub.
Açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov, Elman Nəsirov, Cavanşir Paşazadə, Fəzail İbrahimli, Anar İsgəndərov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, həmçinin kəndin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, yaşayış evi Masallı Rayon İcra Hakimiyyətinin daxili imkanları və rayonun xeyriyyəçi iş adamlarının dəstəyi hesabına inşa olunub. Yeni ev ailənin yaşayış şəraitinin yaxşılaşdırılması, uşaqların sağlam və təhlükəsiz mühitdə böyüməsi baxımından əhəmiyyət daşıyır.

Tədbir zamanı bildirilib ki, sosial təminatı zəif, həssas ailələrə göstərilən bu cür diqqət və qayğı ölkə başçısı, cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Masallı rayonunda sistemli şəkildə həyata keçirilir. Dövlətin sosial dəstək prinsipini əsas tutan bu siyasət insan amilini ön plana çıxarır, aztəminatlı ailələrin rifahının yüksəldilməsinə xidmət edir.
Masallıda həyata keçirilən bu kimi sosial layihələr bir daha göstərir ki, dövlətin sosial qayğı siyasəti kağız üzərində deyil, konkret addımlar və real nəticələrlə özünü göstərir.
Избранный
12
1
azadmedia.az

2Источники