"Football-plus.az" xəbər verir ki, bu barədə qurumun sosial şəbəkə hesablarına məlumat yayılıb.
Paylaşımda bildirilib:
"ABŞ Səfirliyi “Qarabağ”ı Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibətilə səmimi qəlbdən təbrik edir. Bu, Azərbaycan futbolu tarixində ilk belə uğurdu! Bu nailiyyət Avropanın ən mötəbər futbol səhnəsində nümayiş etdirilən əzmkarlığın, yüksək intizamın və peşəkar ustalığın məntiqi nəticəsidir. ABŞ iyun ayında FIFA Dünya Çempionatına ev sahibliyi etməyə hazırlaşarkən, idmanın insanları bir araya gətirmək və sərhədləri, mədəni fərqləri aşmaq kimi bənzərsiz gücünü bir daha xatırlayırıq. Dünyanın dörd bir yanında azarkeşlər üçün futbolun sevincini yaşadacaq daha çox unudulmaz anların olacağına inanırıq!"